Ötən il ərzində Azərbaycanda insan alveri ilə məşğul olan 15 cinayətkar qrup zərərsizləşdirilib.
Ötən il ərzində Azərbaycanda insan alveri ilə məşğul olan 15 cinayətkar qrup zərərsizləşdirilib.
Trend-in məlumatına görə, bu cinayətkar qrupların qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə birdəfəlik müavinət verilib, 25 nəfəri işlə təmin edilib, 38 nəfəri isə peşə kurslarına göndərilib.
Ümumilikdə isə 2016-cı ildə Azərbaycanda 141 insan alveri faktı aşkarlanıb. Ötən illə müqayisədə insan alveri faktlarının sayı 29,4 faiz artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmətlər göstərilib.
Qurbanların sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb.