İNNOVASİYA REYTİNQİNDƏ AZƏRBAYCAN ERMƏNİSTANDAN NİYƏ GERİ QALIR? – EKSPERT

İNNOVASİYA REYTİNQİNDƏ AZƏRBAYCAN ERMƏNİSTANDAN NİYƏ GERİ QALIR? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi innovasiya sammitinə az qalıb, sektorda isə vəziyyət ürəkaçan deyil. Azərbaycan təəssüf ki, ən aşağı yerlərdə qərarlaşıb. Bu ilki qlobal innovasiya reytinqi 132 ölkəni əhatə edib, Azərbaycan 89-cu yerdədir. Türkiyə 39, Rusiya 51, Ukrayna 55, Gürcüstan 65-ci yerdə qərarlaşıb.
Bu qədər resursların qarşılığında, bir neçə cavabdeh dövlət qurumu olduğu halda, hətta yeni bir Agentlik də yaranmasına baxmayaraq Azərbaycanın 89-cu yerdə olması, il ərzində cəmi 4 pillə irəliləməsi xeyli düşündürücüdür.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çxış edib. Onun sözlərinə görə, hesabatdan görsənir ki, Gürcüstan və Ermənistan ötən illə müqayisədə daha irəli gedə biliblər:

“Nəticələrdən görsənir ki, Azərbaycanda yenə də əsas problem “İnnovasiya nəticələri” bölməsi üzrə olub , bu bölmə üzrə ölkəmiz hədsiz aşağı yerlərdə qərarlaşıb.
Bu isə, anlaşıqlı desək, Hesabatı hazırlayanların məntiqinə görə o deməkdir ki, Azərbaycanda innovasiyalara yetərincə resurslar ayrılıb, amma nəticə adekvat olmayıb, effektivlik olmayıb. Bu, hesabatdakı diaqramlardan da görsənir.
Prezidentin innovasiyaların inkişafı ilə bağlı konkret tapşırıqları, fərmanı var. Xeyli müddət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaranıb. Qurum bəzi sahələrdə müəyyən dinamika yarada bilib.
Lakin hesabatdan da göründüyü kimi innovasiya və ekosistemlə bağlı vəziyyət qənaətbəxş deyil. Hətta deyərdim ki, qonşu ölkələrlə müqayisədə bu qədər potensial imkanlarımız baxımından çox narahatedicidir.
Bu reytinqlərdə son 5 ilin dinamikasını təhlil edəndə görmək olar ki, bizim bu sektorda ciddi problemlərimiz var”.