İnnovasiya Agentliyi tikinti şirkətinə tədbir tapşırıbbackend

İnnovasiya Agentliyi tikinti şirkətinə tədbir tapşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin daha bir tenderinin nəticəsi açıqlanıb. Tribunainfo.az xəbər verir ki, Agentlik bu proseslə 300 min manata yaxın vəsait xərcləyəcək.
Söhbət regionlarda tədbirlərin təşkili xidmətinin satın alınması ilə bağlıdır. Agentlik bunun üçün “M-HOUSE CONSTRUCTİON” MMC ilə 321.856,8 manatlıq müqavilə imzalayıb. Yəni həmin işləri sözügedən şirkət həyata keçirəcək.
Qeyd edək ki, “M-House Construction” MMC 17 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi, 4-cü mikrorayon, ev 10, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yunisov Əhliman Xasay oğludur.
Əhliman Yusifovdan əvvəl şirkətin qanuni təmsilçisi Abbasov Kənan Mərkəz oğlu olub. Hər iki şəxs barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Bu şirkət əsasən tikinti və təmir işlərinin həyata keçirilməsinə dair ixtisaslaşıb. Bundan əvvəl isə MMC Yevlax və daha bir neçə rayonda tenderlərin qalibi olub. Lakin nə rəsmi saytları, nə də barələrində açıq mənbələrdə hər hansı geniş məlumat mövcuddur.
Bundan başqa, işin qəribə tərəfi odur ki, tikinti şirkətinə rayonlarda tədbirlərin təşkili işi tapşırılıb. Halbuki bu prosesi bir tikinti şirkətindən daha çox, hansısa reklam və ya media şirkətinə vermək, daha məntqili olardı.