“İNKİŞAFIN YOLU KİTABDAN KEÇİR”-MİLLƏT VƏKİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirib və idmançı məktəblilərlə görüşüb. 

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhə kəndlərində uşaqlar üçün kitab bayramı keçirib və idmançı məktəblilərlə görüşüb.


TİA.AZ xəbər verir ki, ön cəbhədə yerləşən Ağdam və Əlibəyli kəndində keçirilən tədbirdə bir sıra kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunublar və kitabla bağlı uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs bir ayında – on bir ayın sultanı Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib.




 

 Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva bu kəndlərdən çoxlu şəhidlərin olduğunu nəzərə çatdırıb. O, gənclərə Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq deyib. Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib. Kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. Uşaqların hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı kitabları, jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq, onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”,- deyən millət vəkili Qənirə Paşayeva məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu kitablar da hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda Ağdam və Əlibəyli kəndlərində idmana həvəskar məktəblilərlə də görüşüb, onlara idman formaları hədiyyə edib. Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir və idmanla fəal məşğul olmağa çağırıb. Millət vəkili gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin sayının artmasından ciddi narahatlıq hissi keçirdiyini deyərək, gəncləri bu zərərli vərdişlərdən tamamilə uzaq durmağa çağırıb.


İlahə