İngiltərədə bir nəfərin avtobus sürücüsünə tüpürüb müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, müsəlmanlara Qarşı Zülm Sənədləri (DOAM) adlı platformanın X hesabından paylaşılan görüntülərdə bir nəfər avtobus dayanacağında gözləyən avtobusun sürücüsünü təhqir edərək tüpürüb.
Həmin şəxs sürücünü “müsəlman terrorçusu” adlandıraraq sürücünün kabinəsinə tüpürüb.
Londonda qeydə alınan hadisənin görüntüləri müxtəlif platformalarda yüz minlərlə izləyicisi olan “5Pillars” və “UK Fact Check Politics” kimi hesablar tərəfindən də paylaşılıb.