İngiltərədə maraqlı hadisə: Finalda uduzan komandanın futbolçusu qızıl medal alacaqbackend

İngiltərədə maraqlı hadisə: Finalda uduzan komandanın futbolçusu qızıl medal alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nyukasl”ın qapıçısı Martin Dubravka komandasının finalda “Mançester Yunayted”ə məğlub olmasına baxmayaraq, İngiltərə Liqa Kubokunun qızıl medalını alacaq.
Buna səbəb 34 yaşlı qolkiperin mövsümün ilk hissəsini icarə əsasında “qırmızı şeytanlar”da keçirməsidir.  O, “Mançester Yunayted”in heyətində turnirdə “Aston Villa” və “Bernli”yə qarşı matçlarda iştirak etdiyi üçün medala sahib çıxacaq.

Dubravka, həm də “Mançester Yunayted”də Liqa Kuboku oyunlarına çıxdığı üçün “Nyukasl”ın heyətində finalda oynaya bilməyib. Görüş “mankunianlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.