İngiltərədə bir nazir istefa verdi – Digər nazirlərin də dəyişəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Şimali İrlandiya naziri Ceyms Brokenşire istefa verib.

Onun səhhətindəki problemlər səbəbindən belə addım atdığı deyilir. İngilis mətbuatı, 50 yaşlı nazirin yaxın zamanlarda ağciyər əməliyyatı keçirəcəyini yazır.

İngiltərə Baş naziri Tereza Meyin bu gün kabinet dəyişikliyi edəcəyi gözlənilir. Məlumata görə, başda təhsil naziri Castin Qrininq olmaqla bir çox nazir vəzifəsindən çıxarılacaq. Ancaq maliyyə naziri Filip Hammond, xarici işlər naziri Boris Conson, daxili işlər naziri Amber Rudd və Breksit naziri David Davisin vəzifələrinə davam edəcəyi deyilir.

Qeyd edək ki, İngiltərənin müdafiə naziri Maykl Fallon ilə Baş nazirin müavini Damian Qrin, ötən ilin sonuna doğru bir ay fərqlə istefa veriblər. Beynəlxalq İnkinşaf naziri Priti Patel isə İsrailli səlahiyyətlilərlə keçirdiyi icazəsiz görüşlərin ortaya çıxmasından sonra o, istefa vermək məcburiyyətində qalmışdı./Metbuat.az