Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman “Aydın və sadə, bunlar terrorçulardır” deyib. Rusiyalı muzdlulardan ibarət Vaqner qrupunun Böyük Britaniyanın terror təşkilatları siyahısına daxil ediləcəyini açıqlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Britaniya Vaqneri terror təşkilatı elan etməyə hazırlaşır.
Britaniyanın daxili işlər naziri Suella Braverman “Vaqner” qrupunu “Rusiya prezidenti Vladimir Putinin Rusiyadan kənarda hərbi maşını” adlandırıb.
“Putin rejimi yaratdığı canavarla nə edəcəyini düşünərkən, Vaqner Kremlin siyasi məqsədlərinə xidmət edən təxribatçı əməllərini davam etdirir”, – Braverman deyib.
Braverman əlavə edib ki, Vaqneri qanunsuz elan etməklə, Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam ediblər.