“Facebook” İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədir
“Facebook” İngiltərə Premyer Liqasının teleyayım hüququnu almaq niyyətindədir.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu sosial şəbəkənin idman şöbəsinin müdiri Den Rid deyib.
O bildirib ki, gələn il keçiriləcək tenderdə iştirak etmək fikrindədirlər. 2015-ci ildəki tenderdə “Sky” və “BT Sport” qalib gəlmiş, rekord məbləğdə – 7,8 milyard dollar gəlir əldə edilmişdi. “Facebook” növbəti tenderdə rəqiblərini üstələyərsə, 2019-cu ildən etibarən növbəti Premyer Liqa matçlarının inernet vasitəsilə yayım hüququna malik olacaq.
Qeyd edək ki, “Facebook” bu ilin yanvarından bəri 3500-dən çox idman hadisəsini yayımlayıb.