İsrailin Qəzzanı qan gölünə çevirən Livana qarşı quru əməliyyatı Yaxın Şərqdə gərginliyi artırarkən, İngiltərə mətbuatı son qarşıdurmalarla bağlı xəbərlərində diqqətçəkən qiymətləndirmələr etdi.
Tribunainfo.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, bölgədəki müharibənin daha da böyüyə biləcəyini iddia edən qəzet Türkiyənin İran, Çin və Rusiya ilə eyni tərəfdə ola biləcəyini, mümkün müharibədə isə İsrail və onun Qərb müttəfiqlərinə qarşı ola biləcəyini şərh edib.
“Mirror” qəzetində dərc olunan xəbərdə İsrailin ABŞ və İngiltərə başda olmaqla Qərb müttəfiqlərindən dəstək aldığı vurğulanıb. Xəbərdə münaqişənin genişlənərək qlobal müharibəyə çevriləcəyi təqdirdə hansı dövlətlərin İsrailə, hansı ölkələrin İrana dəstək verəcəyinə dair siyahı da yer alıb. Müvafiq olaraq, İsrailin ABŞ ilə münasibətləri keçmiş prezident Harri S. Trumanın İsraili tanımaq qərarına gedib çıxır.
İsrail ABŞ və İngiltərədən əlavə güclü müttəfiqlər qazanıb.Avropa Birliyiİsrailin tərəfində olacağı proqnozlaşdırılır. Bu proqnoz Britaniyanın Avropa ölkələri ilə ticarət və hərbi əlaqələrinə əsaslanırdı. Həmçinin Qərb dövlətlərinin, xüsusən də Böyük Britaniya və ABŞ-ın İranla bağlı İsrailə eyni münasibət bəslədiyi bildirilib. Xəbərdə hansı dövlətlərin İrana dəstək verə biləcəyi də dəyərləndirilib.
İran İsrailin ABŞ, Aİ və Böyük Britaniya ilə müttəfiqliyinə cavab verirRusiya, Çin vəTürkiyəQeyd olunub ki, Rusiya və İran Qərbdən gələn sanksiyalara qarşı strateji əlaqələr qurub, eyni şəkildə Çin də artan istehsal gücünə qarşı öz enerji ehtiyacını İran vasitəsilə qarşılamağa çalışırTehranilə müxtəlif müqavilələrin imzalandığı bildirilib.
Dəniz Pənahova