“Liverpul” İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Londonun “Tottenhem” klubunu 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Tribunainfo.az xəbər verir ki, qolları Kodi Qakpo (34), Məhəmməd Salah (51-p.), Dominik Soboslai (75) və Vircil van Deyk (80) vurublar.
Komandalar arasında keçirilən ilk oyunda “Tottenhem” 1:0 hesabı ilə qələbə qazanmışdı.
Finalda “Liverpul” yarımfinalda “Arsenal”ı məğlub edən (2:0, 2:0) “Nyukasl” ilə qarşılaşacaq. Həlledici oyun martın 16-da Londondakı “Uembli” stadionunda keçiriləcək.
Qeyd edək ki, 1960-cı ildən keçirilən İngiltərə Liqa Kubokunda ölkə çempionatının dörd ən yüksək divizionunda çıxış edən klublar iştirak edir. Qalib gələn komanda növbəti mövsüm Konfrans Liqasında iştirak etmək hüququ qazanır. Kubokun hazırkı sahibi “Liverpul” həm də mükafatı 10 dəfə qazanaraq bu göstəricidə rekorda imza atıb.