Ölkə mətbuatında yer alan xəbərə görə, hadisələr axşam saatlarında Harehills bölgəsində sosial xidmətlər bir ailənin uşaqlarını aparmaq istədikdə baş verib.
3TRT Haber-ə istinadən xəbər verir ki, görüntülərdə nümayişçilərin ikimərtəbəli ictimai nəqliyyat vasitəsini yandırdığı da qeydə alınıb.
West Yorkshire Polisindən verilən açıqlamada, zorakılığın böyüməsindən əvvəl polis məmurlarının uşaqları və müəssisə işçilərini təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırdığı ifadə edildi.