İngiltərədə bir American Bully ‘XL’ cinsi it 11 yaşlı qıza hücum etdikdən sonra Britaniya Daxili İşlər Nazirliyi bu cinsi qadağan etmək üçün işə başladı.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, İngiltərədə 11 yaşlı uşağa və ətrafdakı insanlara hücum edən American Bully ‘XL’ itinin görüntülərinin sosial mediada yayılmasından sonra açıqlama verilib.
İngiltərə Daxili İşlər Naziri Suella Braverman, bu cinsin qadağan edilməsi üçün işlərə başladıqlarını açıqladı.