Ramallahda əllə tikilmiş ayaqqabıların satıldığı bir dükanın qarşısında içəri daxil olan ingilis və amerikalıların üzr istəməsini şərt kimi göstərən elan lövhəsi yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” informasiya yayıb.
Elan lövhəsində dükana daxil olmaq istəyən ingilis və amerikalıların Balfour Deklorasiyası və Trampın Qüds qərarına görə fələstinlilərin yaşadığı ağrılar üçün əvvəlcə üzr istəməli olduğu bildirilib.
Xəbərdarlıqdan sonra lövhədə qonaqpərvər bir “Xoş gəlmişsiniz” qeydi də yer alıb.