Şotlandiya dünyanın ən gözəl ölkəsi seçilib.
Şotlandiya dünyanın ən gözəl ölkəsi seçilib. İngilis turizm jurnalı “Rough Guide” ın oxucularının seçdiyi siyahıda Kanada ikinci, Yeni Zelandiya isə üçüncü yerə layiq görülüb. Şotlandiya “Visitscotland” turizm orqanları sədri Malkolm Roughead təmiz çimərlikləri, yaşıl vadiləri, gölləri, qayalar üzərində qurulmuş tarixi qalaları ilə məşhur Şotlandiyanın birinci yeri almasının təsadüfi olmadığını deyib: “Oxucularının seçimi bizi xoşbəxt etdi. Ölkəmizə səfər edən xarici turistlər təbii gözəlliyə şahid olacaqlarını bilirlər”. Turizm jurnalı oxucuları İtaliyanı dördüncü olaraq göstərərkən Cənubi Afrika, İndoneziya, İngiltərə, İslandiya, ABŞ və son olaraq Uelslə 10 ölkəlik siyahını tamamlayıblar.