İngilis deputat İran əleyhinə kampaniya başladıb

İngilis deputat İran əleyhinə kampaniya başladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı deputat Tom Tugendhat “Avropanı Xamneyidən azad bir yerə çevir” kampaniyası başladıb.

Tribunainfo.az “İran İnternational” kanalına istinadən xəbər verir ki, o, bununla bağlı rəsmi qurumlara da müraciət edib.

Tugendhat bildirib ki, İrandakı molla rejimi Avropadakı bir sıra məkanlardan istifadə edir. “İran rejiminin müxtəlif ünsürləri İslam mədəniyyəti mərkəzlərindən, məscidlərdən və insanların toplaşmaq, birləşmək və təbliğat apara biləcəyi məkanlardan istifadə edirlər. Bunun qarşısını almalıyıq”.

Fərda Uğur