Yeni il ərəfəsində Avropada geniş yayılmış İnfluenza B virusu Rumaniyada ölümə səbəb olub.
Xüsusilə 15 yaşdan aşağı uşaqlar və 60 yaşdan yuxarı şəxslərin yoluxduğu bu virusa Fransa və İspaniyada xeyli insan yoluxub.
Artıq həmin xəstəlik Türkiyə sərhədlərinə yaxınlaşır.
Bu virus yeni bir pandemiyanın başlanğıcından xəbər verirmi?
Məsələ ilə bağlı həkim və infeksionsitlər Tribunainfoaz-a açıqlama verib.
16 nömrəli Uşaq poliklinikasının həkim pediatrı Əzənmədova Pəri bildirib ki, hal-hazırda insanlar arasında çox yayılan “qrip” kimi tanınan İnfluenza virusu Orthomyxovirdae ailəsinə aid olan RNT tərkibli yüksək yolxuculuğa malik bir virusdur.
İnfeksiyaya ən çox kimlər yoluxur?
Risk faktorları bunlardır:
İmmun sistemi zəif olan uşaqlar və yaşlı əhali
Astma və ağ ciyərlərində xroniki xəstəliyi olanlar
Şəkər xəstəliyi olan şəxslər
Onkoloji xəstələr
Siqaret çəkən və alkoqol qəbul edən şəxslər
Bağırsaq sistemi xəstəliyi olanlar
Hamilələr
Həkimin sözlərinə görə, xəstəliyə yoluxma hava – damcı və təmas yolu ilə baş verir. Xəstə şəxs ilə hava – damcı və ya təmas yolu ilə keçən İnfluenza virusu ilk növbədə giriş qapısı kimi yuxarı tənəffüs yollarında tez bir zamanda hüceyrələrə keçir, artıb çoxalır və klinik əlamətlərin tez bir zamanda yaranmasına gətirib çıxarır. Bu virusa yoluxmuş insanlarda anidən yüksək hərarət(39-40 dərəcə), boğaz ağrısı, səs tutulması, burun axması və ya burun tıxanıqlığı, asqırmaq, baş ağrısı, əzələ ağrıları, sinə ağrısı, nəfəs tıxanıqlığı, uşaqlarda qusma və ishal, yorğunluq ola bilər.
“Qeyd etdiyim risk qruplarına aid olan insanlarda qripin əlamətləri yüngül görsənsə də 1 həftədən çox davam edən hərarət, öskürək və ağrılar zamanı pnevmoniya ağırlaşması kimi halları nəzərə alaraq mütləqdir ki, həkimə müraciət olunsun. Son zamanlarda öz pasientlərimizdən gördüyümüz kimi valideyn keçər deyib həkimə gətirmək istəmir, ev şəraitində öz bildikləri və yaxın tanışların tövsiyəsi ilə düzgün olmayan dərman vasitələrindən istifadə nəticəsində ağırlaşmalar çoxalıb.
Həkim birinci növbədə virusa yoluxmuş şəxsi müayinə edir, xəstənin şikayətləri və klinik əlamətlərə görə laborator analizlərə göndərir və xəstəliyin ağırlıq dərəcəsinə görə müalicə təyin edir.
Mənim bir pediatr kimi məsləhətim odur ki, xəstə şəxslər ilə yaxın təmasdan qaçınsınlar, əhali mümkün dairəsində maskalardan istifadə etsin. Gigiyenik qaydalara əməl olunsun, tez-tez əlləri yumaq və s.
Özündə və uşağında xəstəliyə aid əlamətləri hiss etdikdə ağırlaşmamış həkimə müraciət olunsun”.
Virusun pandemiyaya səbəb olub-olmayacağı barədə isə infeksionist Emin Qasımov məlumat verib.
O, bildirib ki, bu virusun pandemiyaya səbəb olacağını düşünmürəm.
Dəniz Pənahova