İnfarkt keçirən ulduzdan AÇIQLAMA

İnfarkt keçirən ulduzdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur sənətçi Fatih Ürək evində infarkt keçirdikdən sonra 20 dəqiqəlik ürək masajı ilə dirildilib.

Tribunainfo.az-ın xəbərinə görə, iki il əvvəl stent qoyulmuş ulduz, damarında tıxanma aşkar edildikdən sonra təcili anjioqrammaya aparılıb.

Sənətçinin reanimasiyada sedativ müalicə aldığı bildirilib.

Xəstəxanadan edilən yazılı açıqlamada, “Hörmətli sənətçimiz Fatih Ürək, evdə ani xəstəlikdən sonra ürək tutması keçirib. Təcili yardım qrupu tərəfindən təqribən 20 dəqiqəlik ürək masajından sonra ürəyi yenidən işə salınıb. Xəstəxanamıza gələndə huşunu itirmişdi, lakin ritmi və təzyiqi normal idi. Qanama, qan dövranı nahiyəsində qanaxma olduğu ortaya çıxdı. İki il əvvəl stent qoyulmuşdu, təcili angioplastika olundu və damar tamamilə açıldı”.

Dəniz Pənahova