İnfantinodan Trampa qırmızı vərəqə – Video

İnfantinodan Trampa qırmızı vərəqə – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp FİFA başçısı Canni İnfantino ilə görüşüb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, görüşdə 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq müzakirə olunub. Görüşdən sonra İnfantino Trampa sarı və qırmızı vərəqə təqdim edib. O, bu vərəqələrdən xəbərdarlıq və diskvalifikasiya zamanı istifadə olunduğunu bildirib. ABŞ prezidenti isə jurnalistlərə qırmızı vərəqə göstərib.

İnfantino Trampa arxasında soyadı yazılmış 26 nömrəli forma da hədiyyə edib.

Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatına ABŞ-Kanada–Meksika üçlüyü ev sahibliyi edəcək.