İnəklər buznuzlu yoxsa buynuzsuz olsun? – İsveçrədə referendum (FOTOLAR)

İnəklər buznuzlu yoxsa buynuzsuz olsun? – İsveçrədə referendum (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
25 noyabrda İsveçrədə maraqlı referendum keçiriləcək. Əhali ölkənin milli simvolu olan inəklərin buynuzlu, yoxsa buynuzsuz olmasına qərar verəcək.
Referendumun keçirilməsinə səbəbkar fermer Armin Kapauldur. Kapaul inəklərin buynuzları kəsilən zaman hörmətsiz və kədərli göründüyünü düşünür. 9 ildir bu məsələ ilə bağlı təbliğat aparan fermer 100 min imza toplayaraq referendumun keçirilməsinə nail ola bilib.