23 fevral 2017-ci il tarixində Bakıda Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının İndoneziyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr olunmuş Açıq Bakı Birinciliyi keçiriləcək.

Bu barədə TİA.AZ-a məlumat verən Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının prezidenti Ceyhun Əşrəfov bildirib ki, birincilikdə mötəbər qonaqların iştirakı gözlənilir: “Xocalı soyqırımı bütün bəşəriyyət üçün böyük soyqırımı hadisəsidir. Bu gün onların xatirəsinə anmaq vicdan borcumuzdur. Bildirim ki, Azərbaycana rəsmi səfər çərçivəsində gələn İndoneziyanın müdafiə naziri Ryamizard Ryakudu, millət vəkilləri, eyni zamanda Azərbaycan parlamentinin üzvləri, yüksək rütbəli vəzifəli şəxslərlə görüşəcək”.
Qeyd edək ki, sözügedən yarış 23 fevral 2017-c il tarixində saat 14:00-da Sərhədçi Olimpiya Kompleksində baş tutacaq.