İndoneziya prezidentinə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

 

İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

 

TİA.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.

 

Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər havalimanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsd cəhdini sentyabrın 19-a, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.

 

İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyinin üzvüdür. Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir.