Növbədənkənar parlament seçkilərində 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə 1508 nəfər namizədlik üçün müraciət edib.
“1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər isə imza vərəqələrini qaytarıb”, – o deyib.