backend

İNDİYƏ QƏDƏR DOĞRU BİLDİYİMİZ SƏHVLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlara yeri gəldi-gəlmədi dərmanlar verilir.   

Uşaqlara yeri gəldi-gəlmədi dərmanlar verilir.  

Xəstələnməsin deyə verilən vitamin deposu, eləcə də yaddaşlarını və immunitetlərini gücləndirmək üçün və ya gecə yatmır deyə verilən həblər, balıq yağı və s. bu kimi dərmanların uzun siyahısını davam etdirmək olar.  


Pediatr Günay Rəsulova TİA.AZ-a bildirdi ki, valideynlərin savadsızlığı ucbatından nə qədər yanlışlıqlar edilir: ”Bu səbəbdən körpələr hədsiz və yersiz dərman qəbuluna məruz qalırlar. Bəzən valideynlər sosial şəbəkələrdə uşaqlarına dərman axtarırlar. Savadlı mütəxəssis həkim müayinəsi olmadan belə səhvlərə çox yol verilir. Bu isə gələcəkdə ciddi problemlərə yol açır. Bu siyahıya  nəzər yetirəndə özüm də təəcüblənirəm”.    

  • Kalsium preparatları. Kalsium azlığı qan analizi ilə dəqiqləşdirilmədən bu preparatların istifadəsi zərərlidir
    –  Bitki tərkibli qurd dərmanları
    – Bitki tərkibli “sakitləşdiricilər”
    – Qurd dərmanı ilə yanaşı “ödqovucu”, “qaraciyərqoruyucu”, işlədici dərmanların verilməsi,uşaqların boşuna “klizma”edilməsi
    – “Bağırsaqda mikrob” diaqnozu  ilə istifadə edilən bahalı və effektsiz “bakteriofag” preparatları
    – “Soyuqlamada”  kalsium xlor
    – Profilaktik göbələk əleyhinələrin istifadəsi
    – “Hipoksiya”nı  müalicə edən preparatlar
    – Yuxugətirici məqsədilə istifadə edilən qluferal, fenobarbital, luminal
    – Xüsusi göstəriş olmadan qızdırmaya bağlı  davamlı qıcolma əleyhinə dərmanların istifadəsi
    – “Beyin təzyiqini” düşürən sidikqovucu preparatlar diakarb,veroşpiron
    -“Timusun ölçüsünü kiçildən” preparatlar
    – İmmuniteti artıran preparatlar
    – Kompleks vitamin preparatları
    – “Yaddaşı gücləndirən” preparatlar
    – Yuxugətirici məqsədlə istifadə edilən “ketotifen”
    – Bişməcələrdə çox geniş istifadə edilən leyner mazı.  Bu maz artıq qadağan olunub.
    – Uşaq asqırdıqda belə “sistem”qoydurmaq.  Orqanizmi yumaq üçün hemodezin istifadəsi yanlışdır
    -ASO,CRP,RF- revmoprobalar kimi bildiyimiz bu analiz nəticələrinə əsasən qoyulmuş yalnış “revmatizm” diaqnozu adı altında aparılan “müalicələr”
    – İmedis aparatı ilə qoyulmuş ” qurd xəstəlikləri”nə görə qəbul edilən ağ tabaşirə bənzər, mənşəyi  bəlli olmayan “həblər”
    -“Peyvəndə reaksiya olmasın” deyə peyvənddən əvvəl və ya sonra qəbul edilən dərmanlar
    -Yeniyetmə çağı qız uşaqlarında “yumurtalığın soyuqlaması” “diaqnozu” ilə aparılan müalicələr.
  • -“Nevroloji” dərmanlar qəbul edən uşaqlara bu dərmanların yanında “qaraciyər qoruyucu”dərmanların verilməsi
    – Hər antibiotik preparatı ilə birgə istifadə edilən probiotiklər boşunadır. Uşaqda antibiotik qəbulundan sonra ishal əmələ gəlmə  varsa, verilə bilər.
    – “Əmgəyi bağlanmağa qoymayan” preparatlar
    – “Diş çıxmağa kömək edən” preparatlar
    – Yenidoğulmuşlarda sarılığı “müalicə edən” dərmanlar
    – Antibiotikin yanında vitamin və göbələk əleyhinə preparatların istifadəsi
    – Uşaqlarda “həzmi yaxşılaşdıran” dərmanlar.

Nilufər