Bir müddət əvvəl Bakıya səfər etmiş Rusiya prezidenti Vladimir Putinin nə məqsədlə gəlişi hələ də müzakirə mövzusudur. Tribunainfo.az-ın xəbərinə görə, bu barədə dünən Putinin xüsusi köməkçisi İqor Levitin də danışıb.
O deyib ki, Rusiya prezidenti Bakıda bir çox məsələləri müzakirə edib. Lakin əsas mövzu dəhlizlə bağlı olub. “Putinin Bakıya səfəri Şimal-Cənub dəhlizi məsələsi və Rəşt-Astara dəmir yolunun tikintisi, habelə 15 milyon ton yükün daşınması məqsədinə çatmaq niyyəti ilə bağlı olub”.