Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Bakı Şəhər İcra hakimiyyəti məhkəməyə verilib.
Tribunainfo.az yazır ki, hər üç dövlət qurumu haqqında məhkəmədə iddia qaldıran tərəf “İncəsənət” Mənzil-Tikinti Korperatividir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq münasibətləri üzrə mübahisələrdir.
İşə hakim Rəşid Səmədov sədrlik edir. Tərəflər arasında növbəti proses 29 avqust tarixində baş tutacaq.