Amerikalı mütəxəssislər tərəfindən hazırlanan xərək dünya mediasının diqqətini çəkib.
Sadə sistemə malik xərəyin funksiyaları insanlar qarşısında nümayiş etdirilib.
Təcili tibbi yardım əməkdaşlarından biri ürəyi dayanan xəstəyə (formal) ürək masajı edərkən digəri xərəyi hazırlayır.
Xərək üzərinə qoyulan xəstənin sinəsinə bağlanan kəmər onu avtomatik olaraq ürək masajı edir.
Xəstəxanaya çatdırılma zamanı bir sıra ölüm hallarının azaldılması üçün hazırlanan layihə sosial şəbəkələrdə maraqla izlənilib.
Həmin görüntüləri təqdim edirik: