Hindistanda baş verən dəhşətli hadisə dünya ictimai rəyinin gündəminə çevrilib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, ana və ata əlil uşaqlarını timsahlarla dolu çaya atıblar. Uşağın parçalanmış meyiti tapılıb.
26 yaşlı ana Savitri Kumar övladının atası 27 yaşlı Ravi Kumarın bunu etmək istədiyi üçün əlil uşağını timsahlarla dolu çaya atdığını bildirib.
Hadisəni görən qonşular polisə xəbər veriblər.
Lakin dalğıcların axtarışları nəticəsiz qalıb.
Bir müddət sonra uşağın parçalanmış meyiti tapılıb.
Səlahiyyətlilər hadisə ilə bağlı təhqiqata başlasa da, uşağın valideynləri qətldə təqsirli bilinəcək.