İMTAHANLA BAĞLI NARAZILIQ VƏ ETİRAZLAR ARTIR… NAZİRLİK VƏ DİM CAVAB VERMƏLİDİR…backend

İMTAHANLA BAĞLI NARAZILIQ VƏ ETİRAZLAR ARTIR… NAZİRLİK VƏ DİM CAVAB VERMƏLİDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən baş tutan buraxılış imtahanında iştirak edən şagirdlərin ayaqqabılarını soyundurub, sırqalarını çıxartdırıblar.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə jurnalist Dünya Sakit sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, bu hərəkət, onsuz da imtahan həyacanı yaşayan uşaqların gərginliyini daha da artırıb:

“Dünənki buraxılış imtahanına şagirdlərin ayaqqabılarını soyundurub, içinə baxaraq buraxıblar. Bunlar bir yana, qulaqlardan sırğaları da çıxartdırıblar…
Bütün bunlar cəhənnəm, imtahan suallarının bəziləri orta məktəb deyil, aspirantura səviyyəsində olub.

Elm və Təhsil Nazirliyi, Prezident Administrasiyasının humanitar şöbəsi bu məsələyə müdaxilə etməlidir. DİM-in saldığı suallar incələnməli, açıq müzakirələr aparılmalıdır…

Biz uşaqlarımızı oxudub yaxşı gələcək qurmasına çalışırıq, DİM-in cəlladlarının qurbanı olmasına yol verməməliyik”.