İmtahandan keçməyən oğlundan polisə şikayət etdi – 200 manat cərimələndibackend

İmtahandan keçməyən oğlundan polisə şikayət etdi – 200 manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ata dövlət imtahanlarında az bal toplayan oğlu barəsində polisə şikayət edib.

Tribunainfo.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Belə ki, oğlundan şikayət edən atanın özü barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1- ci maddələri ilə protokol tərtib olunub, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, 1980-ci ildə Füzuli rayonunda doğulan V.B. şikayəti içkili halda edib. Belə ki, V.B -nın oğlu bu il ali məktəbə imtahan verib, lakin bal toplaya bilməyib. Bir neçə il hazırlıq üçün müəllimlərə pul ödəməsinə baxmayaraq, oğlunun imtahanda ümumiyyətlə bal toplamaması atanı möhkəm əsəbiləşdirib və buna görə bir neçə dəfə övladını danlayıb.

Hadisənin səhəri gün içkili halda evə gələn ata oğlunun mobil telefonla oynadığını görüb və yenidən ona əsəbiləşib. Bu zaman aralarında mübahisə yaranıb. V.B. 102 zəng xidmətinə zəng edərək oğlu barəsində tədbir görülməsini tələb edib.

Hadisə yerinə polis gəldikdən sonra V.B. səhv etdiyini başa düşüb və səs-küy salmağa başlayıb. Məhkəmədə buna görə özünü təqsirli bilib.

Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 200 manat cərimələnib.