“IX sinfin buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək”.
“IX sinfin buraxılış imtahanlarının birinci mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək”.
TİA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunan konfransda deyib.
Onun sözlərinə görə, həmin nəticələrin içərisində hətta ekspertlərin rəyləri də olacaq. Belə ki, yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq. Şagirdlərin imtahanda mənfi ya müsbət, yaxşı və ya pis nəticə göstərməsi attestatda qeyd olunmayacaq.
IX siniflər üzrə sınaq imtahanları yazılı təşkil olunmayacaq, imtahan yalnız onlayn formada keçiriləcək deyən Məleykə Abbaszadə bildirib ki, IX siniflər üzrə yazılı sınaq imtahanının keçirilməsinə nə şagirdlər, nə də qurum özü hazırdır: “Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavablarını alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq”.