“İmplan Dent” MMC cərimələndi

“İmplan Dent” MMC cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İmplan Dent” MMC sanitariya-gigiyena və sanitar-epidemioloji salamalıq qaydalarını kobud şəkildə pozduğuna görə cərimə edilib.

Tribunainfo.az xəbər verir ki, diş klinikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələbini pozub.
Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

Klinikanın işinə 7 mart tarixində Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

“İmplan Dent” MMC-nin də mövqeyini də işıqlandırmağa hazırıq.

Nigar