İmperatorun əsirlikdən xilas olanda bağışladığı saat 6 milyona satıldı – FOTObackend

İmperatorun əsirlikdən xilas olanda bağışladığı saat 6 milyona satıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ipmeratoru Aisin-Gioro Puyiyə (hakimiyyət illəri 1908-1912 ) aid qol saatı hərracda rekord qiymət satılıb. 

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Patek Phillip” brendinə aid aksessuar Hong Kong-da alıcılara təqdim edilib.

Asiyalı kolleksiyaçı bahalı saatı 6.2 milyon dollara (10 milyon 500 min AZN) əldə edib. Mütəxəssislərin sözlərinə görə, bu rekord qiymət hesab edilir.

İkinci dünya müharibəsində o əsir düşür və onun saatı rusiyalı tərcüməçi Georgi Permyakova hədiyyə edilir. 3 illik araşdırmadan sonra saatın Çin imperatoruna aid olduğu təsdiqlənir.

Permyakov 2001-ci ildə verdiyi müsahibəsində Puyinin əsirlikdən xiılas olub öz ölkəsinə göndərilən zaman bu saatı ona hədiyyə etdiyini bildirib.