İmmuniteti məhv edən 6 zərərli vərdiş – Şarmadan

İmmuniteti məhv edən 6 zərərli vərdiş – Şarmadan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsanların hər gün adət etdikləri vərdişlər immyniteti zəiflədib, hətta məhv edir.
Bakupost.az xəbər verir ki, həkim Saludca Şarma bu vərdişləri açıqlayıb.
1. Xroniki yuxusuzluq,yuxu rejiminin olmaması – sutkada 7-8 saat gecə yuxusu immun sistemin tənzimlənməsi üçün vacibdir.
2. Güclü stress, depressiya, əsəb, gərginlik – alimlər sübut edib ki, 3 günlük güclü stress, fikir immuniteti 14 gün söndürür. İnsan daim stres halında gəzəndə, bədəni virus, infeksiyalardan qorunmur. Stress qanda kortizol hormonunu artırır, nəticədə daxildə iltihab yaranır.
3. Siqaret və alkoqol hər iki vərdiş orqanizmi patogenlərə daha az dözümlü edir, insan zəifləyir, qan dəyərləri pisləşir, gələcəkdə bəd hüceyrələr artır.
4. Oturaq həyat, iş – xroniki xəstəliklərə yol açır. Orqanizmdə qan dövranı, oksigen azalır.
5. Lazımsız antibiotiklər içmək – antibiotik kursu immuniteti 3 aylıq zəiflədir, bağırsaq mikroflorası 6 aya güclə düzəlir. Bu dövrdə digər xəstəliklər aktivləşir.
6. Artıq çəki, piylənmə, pis qidalanma – insan necə qidalanırsa, immuniteti də eyni cavab verir. İmmuniteti formalaşdıran qida, su, hava, vitaminlərdir.
Bədən kütlə indeksi, boya və yaşa görə çəki normadan çoxdursa, immunitet orqanizmə dəstək verə bilmir.