Havalar sərinlədikcə uşaqlarda qrip, qızdırma, soyuqdəymə halları da artır. Ancaq immunitet sisteminin güclü olması bu xəstəliklərdən yayınmağa, həmçinin tez sağalmağa kömək edir. Bəs uşaqlarda immuniteti gücləndirmək üçün nə edilməlidir?
Tribunainfo.az yazır ki, immuniteti gücləndirən möcüzəvi, tək bir qida yoxdur. Önəmli olan uşaqlara yetərli miqdarda hər qidadan qəbul etməyi öyrəşdirməkdir. İmmuniteti gücləndirmənin bir neçə yolunu təqdim edirik:
-Çox su içmək
Uşaqlarda su qəbulu çox önəmlidir. Suyun miqdarı immuniteti gücləndirməyin əsas yollarından biridir. Gün ərzində ona su içməli olduğunu tez-tez xatırlatmalısınız.
-Balıq qəbul etmək
Balıq ilə həm immunitetinizi, həm də zehninizi gücləndirə bilərsiniz. Balıq tərkibindəki omeqa-3 sayəsində uşaqlarda beyin inkişafında çox faydalıdır. Həftədə 2-3 dəfə qidalanmanıza balıq daxil etməlisiniz.
-Səhər yumurta yemək
Xüsusilə uşaqların böyümə və inkişaf dövründə yumurta qəbulu çox önəmlidir. Buna görə də səhər yeməyində mütləq yumurtadan istifadə edin.
-Kefir
Kefir tərkibində olan B12, B1, B6 və K vitaminləri sayəsində orqanizmi gücləndirir. Yüksək kalsium, maqnezium tərkibi ilə sümük sağlamlığını qoruyur. Uşaqların gündəlik qidalanmasına 1 stəkan sadə kefir daxil edə bilərsiniz.
-Təbii antibiotik – Propolis
Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Propolis virus və bakteriyaları yox edərək, xəstəliklərlə mübarizə aparır.
-Tərəvəz və meyvələr
Xüsusilə C vitamini tərkibli olan yaşıl yarpaqlı tərəvəzlər və sitrus meyvələri orqanizm üçün antioksidan mənbəyidir. Bu tərəvəz və meyvələrin başında ispanaq, brokkoli, kələm, kərəvəz, kivi, limon, portağal, nar dayanır.