Zəhərlənən pambıqçılar xəstəxanaya yerləşdirilib
İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. REAL-ın məlumatına rayondakı Otuziki kəndində pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər. Bu haqda Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. İmişli Rayon Mərkəzi Xəstəxanasından virtualaz.org saytına bildiriblər ki, zəhərlənənlərin sayı 50-dən çoxdur. Bəzi mənbələr isə zəhərlənənlərin sayının 100-ə çatdığını bildirir. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.Zəhərlənmənin zərərvericilərə qarşı istidafə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub. Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir. TİA.AZ bildirir ki,İmişli rayon sakinlərinin verdiyi məlumata görə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev günahkardır.Belə ki, fəhlələr və işçilər Vilyam Hacıyevın göstərişi ilə məcburi qaydada pambıq sahələrinə daşıtdırırmış. Vətəndaşlar bildirir ki, onlar özləri istəmədiyi hansısa bir işə məcbur etmək insan hüquqları pozuntusudur. Qeyd edilir ki, Vilyam Hacıyev sahibkarlara şərait yaratmadığı, prezidentin sərəncamlarının əksinə olaraq pambıqçılığın inkişafını təmin edə bilmədiyi üçün ,pambıq tədarükünü büdcə təşkilatlarında işləyən sadə insanların hesabına, süni surətdə və qanunsuz şəkildə çoxaltmaq istəyir ki,bu da baş verən zəhərlənmə hadisəsi kimi açı nəticələrə gətirib çıxarır.