İmişlidə 9 aydır itkin düşən uşağın yaxınları yolu bağlayaraq etiraz aksiyası keçirirbackend

İmişlidə 9 aydır itkin düşən uşağın yaxınları yolu bağlayaraq etiraz aksiyası keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İmişlidə 9 aydır itikin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.
Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istntaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxlər istintaqa cəlb edilsinlər”.
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun ötən il dekabrın 26-da İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.
Sonradan cinayət işi İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.