“İmişli “Kəpəz”i məğlub etdi

“İmişli “Kəpəz”i məğlub etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının IX turunda “Kəpəz” “İmişli” ilə qarşılaşıb.

 Tribunainfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0.

İmişli kollektivinin qollarını Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.

Qərb təmsilçisinin heyətində qapıçı Məmməd Hüseynov 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Jorj Kaşkilyanın rəhbərlik etdiyi “İmişli” 12 xalla turnir cədvəlində 7-ci sıradadır. 3 xalı olan “Kəpəz” isə sonuncu – 12-cidir.

Qeyd edək ki, turun açılış oyununda “Turan Tovuz” səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.