İmamoğluya hökm oxunub

İmamoğluya hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə İstanbul məhkəməsi həbsdə olan İstanbul şəhər meri Əkrəm İmamoğlu barəsində yerli prokurorun təhqir olunması işi üzrə hökm çıxarıb.

Bu barədə Tribunainfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

İmamoğlunun 1 il 8 ay azadlıqdan məhrum etmə cəzası aldığı bildirilir.

Məlumata görə,müdafiə tərəfi məhkəmənin çıxardığı qərardan apelyasiya şikayəti vermək niyyətindədir.

İmamoğlu ilə bağlı məhkəmə iclasları İstanbulun Silivri həbsxanasında keçirilir. O, mart ayında korrupsiya ittihamı ilə həbs olunduqdan sonra orada saxlanılır.