Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub. Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əməliyyat olunub. Gənc müğənni 10 kq çəkidən azad olub.
TİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatla bağlı bəzi detallar əldə edilib. Belə ki, xalq artistinin qızı fevralın 9-da liposaksiya (piy sovurma əməliyyatı) etdirib.
İlqarənin bədənindən 8 litrə yaxın piy çıxarılıb.
“Narkozsuz keçirilir, keyidici maddələr vurulur. Azad olmaq istədiyi nahiyələrdən dəliklər açılıb və iynələr yeridilib. Oradan piylər sovrulub. İlqarə xanımın əməliyyatı 3-4 saat çəkib. Qarın və bel nahiyəsindəki piylərdən azad olub. Bir nahiyədə əməliyyat maksimum 2 saat çəkir”, – deyə ifaçının əməliyyat edildiyi klinikadan bildirilib.