İLON MASKIN 11-Cİ ÖVLADI ORTAYA ÇIXDIbackend

İLON MASKIN 11-Cİ ÖVLADI ORTAYA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahib olduğu Tesla, SpaceX və hazırda Twitter (hazırda X adı ilə tanınır) şirkətləri ilə adından söz etdirən İlon Maskın gizli olaraq daha bir uşaq dünyaya gətirdiyi məlum olub. Beləliklə, İlon Maskın uşaqlarının sayı 11-ə yüksəlib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Dünya şöhrətli iş adamı İlon Mask və müğənni Qrayms münasibətləri zamanı iki uşaq dünyaya gətirib. Lakin Maskın bu münasibətdən daha bir övladı olduğu ortaya çıxıb.

Uolter İsaaksonun sentyabrın 12-də dərc olunacaq tərcümeyi-halında İlon Mask Qrimsdən Tekno Meçanikus adlı üçüncü övladının olduğunu bildirib.

Maskın keçmiş sevgilisindən dünyaya gələn övladına “Tau” dediyi iddia edilib. Uşağın cinsi və doğum tarixi ilə bağlı hələlik məlumat yoxdur.

2018-2021-ci illər arasında sevgili olan Qrims bu yaxınlarda “Şivona deyin ki, məni blokdan çıxarsın və Elona deyin ki, oğlumla görüşməyə icazə versin və ya vəkilimə cavab verin. Ailəmi tamamilə məhv edən bu vəziyyətə baxmayaraq, bu günə qədər mənə bu uşaqların fotolarına belə icazə verilməyib”.