İlon Mask onun azad olunmasını tələb edir

İlon Mask onun azad olunmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektrikli avtomobil şirkəti “Tesla”nın və “X” platformasının sahibi, amerikalı iş adamı İlon Mask Böyük Britaniyaya qarşı yeni ittiham irəli sürüb.

Tribunainfo.az xəbər verir ki, İlon Mask sosial şəbəkədəki paylaşımında İngiltərədə həbsdə olan ifrat sağçı Tommi Robinsonun azadlığa buraxılmasına çağırıb.

“Tommy Robinson niyə həqiqəti söylədiyi üçün təkadamlıq kamerada saxlanılır? O, azad edilməli və onun yerinə bu biabırçılığı ört-basdır edənlər həmin kameraya salınmalıdır”, – deyə Mask bildirib.

İlon Mask həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmeri tənqid edib. O, Starmeri prokuror olduğu zamanda uşaqlara qarşı zorakılıq hallarının araşdırılmasına kifayət qədər diqqət yetirməməkdə suçlayıb.

İlon Maskın müdafiə etdiyi Tommi Robinson 2018-ci ildə suriyalı qaçqın Cemal Hicazi adlı bir şəxsi azyaşlı qız uşaqlarına hücum etməkdə ittiham edib. Buna görə Hicazinin ailəsi Robinsonu məhkəməyə verib. Robinson 100 min funt sterlinq təzminat cəzasına məhkum edilib. 2021-ci ildə Ali Məhkəmə Tommi Robinsonun suriyalı qaçqınla bağlı böhtanlarını təkrarlamaması barədə qərar çıxarıb. Lakin Robinson 2024-cü ilin oktyabrında Hicaziyə qarşı atdığı böhtanları təkrarlayaraq məhkəmə qərarlarını pozub və buna görə 18 ay həbs cəzasına məhkum edilib.