Texas tamamilə haqlıdır. Bu barədə sosial şəbəkələrin sahibi İlon Mask X mikrobloqunda yazıb.
Tribunainfo.az xəbər verir ki, Maskın sözlərinə görə, “Bu administrasiya misli görünməmiş miqyasda qeyri-qanuni immiqrasiyaya kömək və təşviq etməklə qanunu qəsdən pozur!”
Bundan əvvəl ştatın qubernatoru Qreq Abbott ABŞ federal hökumətinin bu problemi həll edə bilməyəcəyi təqdirdə qeyri-qanuni miqrantlardan özünümüdafiə hüququnu elan etmişdi.
Mask miqrant məsələsində Texasa dəstəyini ifadə edib.