ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa yaxın olan amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb. Tribunainfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzet İran rəsmilərinə istinadən yazır ki, Trampın baş müşaviri olan iş adamı İran və ABŞ arasında gərginliyin azaldılması yollarını müzakirə edib.
İran mənbələri Musk və səfir Əmir Səid İrəvani arasında görüşün bir saatdan çox davam etdiyini və gizli bir yerdə baş tutduğunu bildirib. Adının çəkilməsini istəməyən iranlılar görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.
Trampın qərargahı və İlon Maskın özü bu məlumatı şərh etməyib.