“125 deputat mandatı uğrunda 990 nəfər deputatlığa namizəd mübarizə aparacaq”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilkin nəticə rəsmi deyil: “Biz səsvermə günü kimə lider namizəd demək olarsa, bununla əlaqədar ilkin nəticədə onları açıqlayacağıq. Protokollar 2 günə MSK-ya çatdırılacaq. 2 gün sonra biz, Məcəllənin tələbinə uyğun olaraq, protokollar əsasında ilkin nəticəni açıqlayacağıq. Bizə 20 gün maksimum müddət verilir. Sonra nəticəni Konstitusiya Məhkəməsinə göndərəcəyik”.