İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq

İlkin araşdırma nəticələri gələn həftə açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev açıqlayıb. Onun sözlərinə görə, AZAL təyyarəsinin “qara qutu”larının məlumatları Braziliyada tam olaraq oxunub və Qazaxıstana qaytarılıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.