Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa (Culani) ilk xarici səfərini Türkiyəyə edəcək.
Tribunainfo.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, səfər yaxın günlərdə nəzərdə tutulsa da, proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salınıb.
Nəşr yazır ki, Əhməd əl-Şaraanın Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. O, Bəşər Əsəd rejiminin devrilməsi üçün göstərdiyi köməyə görə Türkiyə liderinə təşəkkür etmək niyyətindədir.
Xatırladaq ki, Suriyada müxalifət qüvvələrinin hakimiyyətə gəlməsindən sonra Dəməşqə səfər edən ilk xarici nümayəndə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın olub. Onun ardınca Türkiyənin xarici işlər naziri Hakan Fidan da Suriyanın paytaxtına səfər edib.