İlk satıcı robot işə başladıqdan 1 həftə sonra `qovuldu` – VİDEO

İlk satıcı robot işə başladıqdan 1 həftə sonra `qovuldu` – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın SoftBank kompaniyası tərəfindən hazırlanan Pepper adlı dünyanın ilk satıcı robotu vəzifəsini yerinə yetirə bilməyib. Bu barədə Digital Trends xəbər verib.

Bildirilir ki, Edinburqdakı ərzaq mağazası işi qane etmədiyi üçün robotu cəmi bir həftə sonra «işdən çıxarıb».

Bildirilir ki, robot alıcının xahişinin məğzini anlamırdı. Məsələn, südü hardan almaq olar sözünə o, «süd məhsulları bölməsində» deyə cavab verir və bu yerin harda olduğunu göstərmirdi.

Bundan başqa səs-küylü zalda robot «pis eşidir», həmçinin yersiz zarafatlar edirdi./faktxəbər