Məşhur pop ulduz Cenifer Lopez Ellen Dedjenerisin aparıcılıq etdiyi şounun qonağı olub.
TİA.AZ xəbər verir ki, 47 yaşlı müğənni verilişə əkizləri Maks və Emma ilə birgə qatılıb.
Lopez “Ellen şou”da sevgilisi Alekslə tanışlığından söhbət açıb:
“Mən restoranda yemək yeyirdim. Getməyə hazırlaşırdım, gördüm ki, Aleks gəldi. Ona yaxınlaşdım, əlimi çiyninə qoyub salamlaşdım. Biz danışdıq. Mənim nömrəm onda var idi. İkimiz də Los – Angelesdə yaşayırdıq. Zəng vurdu, görüşüb nahar etdik. İlk görüşdə seks olmadı. Mən ilk görüşdə yatağa girmirəm”.