Ukraynaya hərbi yardımı artırmaq planlarını açıqlayan Bolqarıstan 100 ədəd zirehli texnika (əsasən BTR) daxil olmaqla, böyük birdəfəlik hərbi yardım paketi göndərib.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, bu, Sofiyanın Kiyevə ağır texnika ilə bağlı ilk rəsmi qərarıdır.
Qeyd edək ki, Bolqarıstan Ukraynaya zirehli maşınlar təqdim etdikdən sonra onları ABŞ-dan gələn texnika ilə əvəz etməyi ümid edir. Bundan əvvəl Bolqarıstan ordusu piyadalar üçün müasir Qərb zirehli texnikası üçün təxminən 1 milyard dollarlıq sifariş elan etsə də, prosedur hələ tamamlanmayıb.
Xatırladaq ki, Bolqarıstan NATO-ya üzv olan azsaylı ölkələrdən biridir ki, Ukrayna ordusunun istifadə etdiyi külli miqdarda sovet silah və texnikası, eləcə də onlar üçün sursat var. Genişmiqyaslı müharibə zamanı Bolqarıstan Ukraynaya hərbi yardım ötürdüyünü rəsmən açıqlamasa da, Sofiyanın sursatları gizli şəkildə ötürdüyü məlum idi.